Martın 28-i yaşadığı evin qarşısında sui-qəsdə uğrayan Milli Məclisin deputatı Fazil Mustafa hadisə barədə danışıb.

İqtisadiyyat.az xəbər verir ki, millət vəkili bu barədə "haqqin.az" saytına açıqlama verib.

"Maşınla evə gəldim. Pultun düyməsini basdım və maşınımı qaraja daxil etmək istədim və birdən maşının ön şüşəsinin qırıldığını gördüm. Nə baş verdiyini başa düşmədim. Çiynimdə dəhşətli ağrı hiss etdim. Və yalnız ağrıdan sonra bunun atəş olduğunu başa düşdüm, atəş səslərini eşitdim. Qapını açıb maşından düşdüm. Darvazaya doğru bir neçə addım atmalı oldum ki, ikinci güllə dəydi. Ayağımdan yaralandım. Evə getdim və dedim ki, tez qapını bağlayın. Evdəkilər atışma səsinə həyətə çıxdı. Qapını bağladıq. Təcili yardımı və polisi çağırdılar. Çox qan itirmişdim, sonrasını xatırlamıram".