"Deloitte Money League" hesabatının 2023-cü il buraxılışı dərc olunub.

İqtisadiyyat.az xəbər verir ki, "Mançester Siti" və "Real Madrid" ilk iki yeri qoruyub.Gəlirlərini 150 milyon avro artıran "Liverpul" üçüncü yerə yüksəlib. Ümumilikdə ilk 30-luqda 16 Premyer Liqa klubu yer alıb.

"Deloitte Money League" hesabatının builki buraxılışında qadın futboluna ilk dəfə olaraq yer verilib. Ən çox qazanan qadın futbol komandası 7,7 milyon avro ilə "Barselona"dır. Ən çox qazanan 15 qadın futbol komandasının ümumi gəliri 35,9 milyon avrodur.