Dünya futbol tarixində ən çox assist edən futbolçuların adı məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, "Goal" nəşrinin paylaşdığı siyahıya PSJ klubunun argentinalı futbolçusu Lionel Messi başçılıq edir. O ümumilikdə 350 assist etməyi bacarıb.

Siyahının 2-ci pilləsində 287 assistlə Uruqvay millisinin üzvü Luiz Suarez yer alıb. 

Karyerasını bitirməyinə baxmayaraq portuqaliyalı futbolçu Luiz Fiqo siyahıda 3-cüdür.

Karyerasını Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda davam etdirən Kriştianu Ronaldo  247 assistlə 10-cu sırada möhkəmlənib.