"Husilərin Qırmızı dənizdəki hücumları gəmi çatışmazlığına və neft tədarükündə gecikmələrə səbəb olacaq".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə dünyanın ən böyük neft ixracatçısı "Saudi Aramco"nun baş direktoru Əmin Nasser bildirib.

Onun sözlərinə görə, dünya bazarları qısa müddətdə hücumların nəticələrinin öhdəsindən gələcək:

"Qırmızı dənizdə üsyançıların gəmilərə hücumları səbəbindən bir çox daşıyıcı yükləri Afrika ətrafından yönləndirmək məcburiyyətində qaldı. Münaqişə uzanarsa, daha çox tankerə ehtiyac olacaq və onlar daha uzun səfərlər etməli olacaqlar. Qlobal daşımaların 12%-nin keçdiyi Asiyadan Avropaya ən sürətli marşrut olan Qırmızı dəniz və Süveyş kanalında naviqasiya ehtiyacı gəmilərin 10-15 gün gecikməsinə səbəb olur.

Xammala artan tələb, aşağı neft ehtiyatları və çatdırılma müddətlərinin artması bazarı daha da gücləndirməyə kömək edəcək. Lakin neftə tələbatın nə vaxt zirvəyə çatacağı bilinmir"

 

Gözəl Həşimova