Sentyabrda Avropa İttifaqı (Aİ) və Böyük Britaniyaya dizel yanacağının idxalı son 17 ayda maksimuma çata bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən yazır.

Məlumata görə, Avropa regionuna dizel və benzin tədarükünün günlük təxminən 1,36 milyon barel olacağı ehtimal edilir.

Qeyd olunub ki, bu artım ABŞ-dən tədarükün bir qədər azalmasını kompensasiya edən Yaxın Şərqdən artan tədarük hesabına baş verib. Nəşr yazır ki, buna baxmayaraq, ABŞ Avropanın ən böyük dizel tədarükçüsü olaraq qalacaq və Səudiyyə Ərəbistanından təxminən iki dəfə çox həcm təmin edəcək.

Sentyabrda Avropaya ABŞ-nin dizel yanacağı tədarükünün gündəlik təqribən 409 min barrelə düşəcəyi, Yaxın Şərqdən idxalın isə gündəlik 664 min barrelə qədər artacağı gözlənilir. 

 

Sadiq Cavadov