Neft qiymətləri ABŞ Federal Ehtiyat Sisteminin (FED) əsas faiz dərəcəsini 50 baza bəndi endirməsinə müsbət reaksiya verib.

İqtisadiyyat.az "İnterfax"a istinadən xəbər verir ki, "Brent" markalı neftin noyabr müqaviləsində bir barelin qiyməti 0,69 dollar və ya 0,94% bahalaşaraq 74,34 dollar olub.

"WTI" markalı neftin oktyabr müqaviləsində bir barelin dəyəri isə 0,66 dollar və ya 0,93% artaraq 71,57 dollar təşkil edib.

 

Gözəl Həşimova