Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

İqtisadiyyat.az APA-ya istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, 1976-ci il təvəllüdlü Məmmədli Əhməd Novruz oğlu yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.

Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.