Azərbaycan bu ilin yanvar-avqust aylarında Yunanıstana 144,8 milyon dollar dəyərində 228,2 min ton neft ixrac edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 64% azdır.

Məlumata görə, hesabat dövründə Yunanıstan Azərbaycandan ən çox neft idxal edən 14-cü ölkə olub.

 

Gözəl Həşimova