Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinə yeni müdir təyinatı olub.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Kamran İsmayılov təyin edilib.

Qeyd edək ki, bu təyinata qədər Kamran İsmayılov Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdir müavini vəzifəsində işləyib.