Dünyanın ən böyük neft şirkəti "Saudi Aramco"nun bu ilin yanvar-sentyabr aylarında xalis mənfəəti 2022-ci ilin eyni dövrü ilə müqayisədə 27,4% azalaraq 94,5 milyard dollar təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.

Məlumata görə, şirkət ötən ilin eyni dövründə 130,3 milyard dollar mənfəət əldə edib. "Saudi Aramco"nun qazancının azalmasına səbəb isə neft qiymətlərinin ucuzlaşması olub.

Neft şirkətinin bu ilin yanvar-sentyabr aylarında sərbəst pul axını ötən ilin eyni dövrü ilə müqayisədə 32,5% azalaraq 74,39 milyard dollar təşkil edib. Şirkətin əsaslı xərcləri isə 14% artaraq 30,2 milyard dollar olub.

 

Gözəl Həşimova