Dünyada ən çox əməkhaqqı alan işçilər ABŞ-ın SanFransisko şəhərində çalışır. Bildirilir ki, San-Fransisko bu göstərici üzrə İsveçrənin Sürix şəhərini keçərək dünyanın ən yüksək maaşlı şəhərləri siyahısında ilk yeri tutub.

Araşdırmalar nəticəsində məlum olub ki, San-Fransiskoda orta aylıq əməkhaqqı vergi daxil olmaqla 6,5 min dollar, Sürixdə isə 5,9 min dollardır. Siyahıda üçüncü yeri tutan Nyu-Yorkda isə bu rəqəm 4,6 min dollar təşkil edir.

Məlumatı BBC yayıb.