İqtisadiyyat.az xəbər verir ki, bu barədə prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında imzaladığı Sərəncamda qeyd olunub. 

Sərəncamda uşağın anadan olmasına görə sosial müavinətin məbləğinin 200 manata çatdırılmasının nəzərdə tutulduğu qeyd olunub. Qeyd edək ki, bu məbləğ hazırda 109 manat təşkil edir. 

Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara verilən sosial müavinətin məbləği 150 manata çatdırılacaq.

Qeyd edək ki, Azərbaycanda sosial müavinətlərin məbləği 2018-ci ildə 10 faiz artırılıb.