İndoneziyada koronavirusa iki yoluxma halı qeydə alınıb.

“Reuters”in məlumatına görə, bu barədə ölkə prezidenti Coko Vidodo bəyan edib.

Onun sözlərinə görə, həmin şəxslər xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Çindən başqa 58 ölkədə, o cümlədən Azərbaycanda koronavirusa yoluxma halı müəyyən edilib.