Çin koronavirusun ən çox təsir etdiyi risk qruplarını açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Çinin Xəstəliklərin Qarşısının Alınması və İdarəetmə Mərkəzi məlumat yayıb. Məlumata görə, birinci risk qrupuna 60-69 yaş (30,2%), 70-79 yaş (30,5%) və 80 yaşdan (20,3%) yuxarı olan insanlar aiddir. İkinci risk qrrupuna isə səhiyyə işçiləri aid edilib. Araşdırmalara görə, virus yayılmağa başlandığı gündən etibarən 3 mindən çox səhiyyə işçiləri koronavirusa yoluxub, onlardan 5-i ölüb. Bundan əlavə, başqa bir xəstəliyi olan insanların da bu virusa yoluxma ehtimalının yüksək olduğu bildirilib. Onlar arasında ən böyük risk faktoru kimi ürək çatışmazlığı, şəkərli diabet, ağciyər, tənəffüs yolu xəstəlikləri və təzyiq təyin edilib. Açıqlamalara görə xəstələrin 80 faizi epidemiyanı yüngül formada keçirirlər.
Xatırladaq ki, daha əvvəl koronavirusun  kişilər üçün daha təhlükəli olduğu, hamilə qadınlar və uşaqların isə ümumiyyətlə yoluxmadığı bildirilmişdi.  
Qeyd edək ki, Çində aparılan araşdırma nəticəsində koronavirusun 23-26 yanvar tarixində pik həddə çatdığı, 11 fevral tarixindən etibarən isə xəstəlikdən sağalanların sayının artığıməlum olub.