Çinin məşhur virusun yayıldığı Uxan şəhərində viruslu xəstələrin yerləşməsi üçün yeni xəstəxana cəmi 7 günə tikiləcək.

İqtisadiyyat.az Çinin «South China Morning Post» qəzetinə istinadən xəbər verir ki, tikintisinə yanvarın 24-də başlanan tibb müəssisəsi yanvarın 31-ə hazır olmalıdır.

«Bizim vaxtımız yoxdur, cəmi 6 günə xəstələrin yerləşməsi üçün obyekti təhvil verməliyik»-deyə pordtatçı şirkətin nümayəndəsi bildirib. Tikintiyə bir neçə yüz nəfər cəlb edilib. Onlara gündə 173 dollar maaş verilir ki, bu da adi maaşdan 3 dəfə artıqdır.

Xəstəxananın sahəsi 25 min kvadratmetr olacaq və burada eyni vaxtda min nəfər müalicə ala biləcək.

Xatırladaq ki, Çin sakinləri yeni virusla dekabrın sonundan xəstələnməyə başlayıblar. Virusun ilk simptonları adi soyuqdəyməni xatırladır. Yanvarın əvvəlinlə həkimlər bunun yeni virus olduğun tapıblar. İndiyədək virusa yüzlərlə insan yoluxub və bunun qarşısını almaq üçün güclü karantin tədbirləri görülüb. Hətta bir neçə şəhərdən giriş çıxış qadağan edilib.