Ötən ilin dekabr ayında Çinin Vuhan əyalətində ortaya çıxan, hələki adı elmə məlum olmayan virus sürətlə yayılmaqdadır.

Redaktor.az xəbər verir ki, SARS virusunun simptomlarını daşıyan “sirli virus”a qısa zamanda 200-dən çox insan yoluxub. 

Virusdan bu zamana qədər 3 nəfər həyatını itirib, müalicə alan 177-nəfərdən 44-nün vəziyyəti ağırdı.

Çinin Səhiyyə Nazirliyi xalqı gigiyenik qaydalara ciddi əməl etməyə və kütləvi yerlərdə olmamağa çağırıb.