Koronavirusun ilk dəfə qeydə alındığı Çinin Uhan şəhəri başda olmaqla, ölkənin bir çox şəhərlərində virusa qarşı dərmanlama işləri həyata keçirilir.

Bu barədə “Haber Global” məlumat yayıb.

Çindən bütün dünyaya yayılan görüntülərdə böyük dərmanlama maşınlar və qoruyucu geyim geyinmiş şəxslər tərəfindən küçələrin dezinfeksiya edildiyi əks olunur.

Dezinfeksiya tədbirləri çərçivəsində yalnız küçələr deyil, bəzi binaların daxili hissələri də dərmanlanır.