Çinin Uhan şəhərində yaranan koronavirus 50 min ev itinin və pişiyinin ölümünə səbəb ola bilər.
Yeniavaz.com
 xarici KİV-ə istinadən xəbər verir ki, Çində fəaliyyət göstərən heyvan hüquqlarının müdafiə dərnəkləri koronavirus epidemiyasından əvvəl şəhərdən çıxan və geri qayıda bilməyən şəxslərin ev heyvanlarının aclıqdan ölə  biləcəyini bildirib. Uhan şəhər merinin sözlərinə görə, karantindən əvvəl 5 milyon insan şəhəri tərk edib. Karantinlə əlaqədar evlərinə qayıda bilməyən ailələr isə heyvan hüquqları dərnəkləri ilə əlaqə saxlayaraq sözügedən heyvanların xilas edilməsini istəyir. Heyvan hüquqları könüllüsü Lao Maonun sözlərinə görə, ən az 50 000 it və pişik tərk edilmiş evlərdə köməksiz halda qalıb. Mao könüllü dostları ilə birlikdə minə yaxın ev heyvanını xilas etdiyini deyib. Ancaq hələ də minlərlə heyvanın yeri müəyyənləşdirilməyib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı ev itləri və pişiklərinin virusa yoluxa biləcəyinə dair heç bir dəlil olmadığını açıqlayıb.