Çin hökuməti ABŞ tərəfindən 300 milyard dollarlıq mallarına rüsum tətbiqinə qarşı cavab tədbirlər görmək məcburiyyətindədir.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Çin Dövlət Şurasının Tarif Komitəsi bildirib.

“ABŞ-ın bu kimi addımları iki ölkə başçılarının Argentinada və Osakada əldə etdikləri razılaşmaları pozmaqla mübahisələri həll etməyin doğru yoluna ziddir”, – deyə bəyanatda vurğulanır.