Çilinin Valparaiso şəhərində meşə yanğınları nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çili Prezidenti Qabriel Boric məlumat verib.

"Bu günə qədər təəssüf ki, 64 nəfərin öldüyünü təsdiq edə bilərəm. Biz bilirik ki, bu rəqəm xeyli artacaq", - deyə o bildirib.

Boric, həmçinin fevralın 5-dən etibarən ölkədə iki günlük matəm elan edib. Onun sözlərinə görə, təkcə Kilpe kommunasında yanğın nəticəsində 1,3 mindən çox ev yanıb.

***

19.56

Çilidə meşə yanğınları on minlərlə hektar ərazini bürüyüb, alovun yayılmasını hələ də ləngitmək mümkün olmayıb.

İqtisadiyyat.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın hazırda bir milyona yaxın insanın yaşadığı Valparaiso bölgəsini tamamilə cənginə alıb.

Fevralın 4-nə olan məlumata görə, yanğınlar nəticəsində 51 nəfər həlak olub. Ölkədə hazırda fövqəladə vəziyyət rejimi hökm sürür.