Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev əməliyyat olunub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sözçüsü Vəsilə Vahidqızı bildirib.

Onun sözlərinə görə, əməliyyat uğurla keçib, hər şey yolundadır.

***

13.46

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin son durumu açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sözçüsü Vəsilə Vahidqızı bildirib.

Onun sözlərinə görə, bəstəkar Cavanşir Quliyev hazırda əməliyyatdadır.  

"Ailəsi ilə indi əlaqə saxladım, 2-3 saat sonra vəziyyəti ilə bağlı dəqiq məlumat verəcəklərini bildirdilər. Bəstəkarımıza Allahdan şəfa diləyirik", - o əlavə edib.

Qeyd edək ki, bəstəkarın müalicəsinə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond tərəfindən dəstək verilir.

Xatırladaq ki, 74 yaşlı sənətkar bu ayın əvvəlində xəstəxanaya yerləşdirilib.