Fransanın Səhiyyə naziri Olivye Veran ölkədə koronavirus diaqnozu qoyulan insanların hamısının sağaldığını deyib.

Bu barədə BFM TV xəbər yayıb.

“Fransada artıq virusa yoluxma halları yoxdur. Virus daha yayılmır”, - deyə Veran qeyd edib.

Xəbərdə Lion şəhərində xəstəxanaya yerləşdirilən son xəstənin də sağalıb evinə qayıtdığı bildirilib.