Bu gün Bakıda bir sıra ərazilərdə elektrik enerjisinin verilişində fasilələr olacaq.

“Azərişıq” ASC-dən verilən məlumata görə, fasilələrə səbəb 110 kV-luq Xırdalan hava elektrik verilişi xəttində aparılan yenidənqurma və təmir işləridir.

Görüləcək işlərlə əlaqədar bu gün saat 11:00-dan 15:00-dək Qaradağ rayonu Müşfiqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşfiq massivi həyət evləri, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ və sol hissələrindəki həyət evlərinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.