Yunanıstanın Kiçik Çuha adasında əhali sayını artırmaq üçün yeni üsula əl atılıb.

Bundan sonra adaya köçən ailələrə hər ay 500 avro veriləcək.

Kiçik Çuha bələdiyyəsi bu barədə açıqlama verib. Ada Girit və Çuha adaları arasında yerləşir. 51 kvadrat kilometr ərazisi olan adada cəmi 24 nəfər yaşayır. Rəsmilər adada yaxşı həyat vəd edirlər.

“Yerimiz çox gözəldir. Qış ayları bir az çətin keçir. Adanı canlandıracaq ailələr axtarırıq. Bir neçə gün əvvəl bir ailə üç kiçik övladı ilə bura köçdü. Adamızı yenidən uşaq səsləri ilə dolduracaq üç gənc ailə axtarırıq”, - deyə bələdiyyə sədri deyib.