Milli Məclisin bu gün keçirilən plenar iclasında “Bank olmayan kredit təşkilatları (BOKT) haqqında” qanuna dəyişikliklər I oxunuşda müzakirəyə çıxarılıb.

İqtisadiyyat.Az modern.az-a istinadən xəbər verir ki, müzakirələrdə çıxış edən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə son illər BOKT-lara nəzarətin zəiflədiyini bildirib.

“Qanuna ediləcək dəyişiklikər bu sahədə nəzarətin gücləndirilməsinə, lazımi tədbirlərin çevik və effektli tətbiq olunmasəna, sağlam korporativ idarəetməyə malik BOKT-ların formalaşmasına imkan verəcək.

Qanun layihəsində BOKT-ların inzibatçıları və təsisçiləri üçün vətəndaş qüsursuzluğu, inzibatçıların üçün isə attestasiya tələbi müəyyənləşdirilib”, - deyə deputat qeyd edib.

Daha sonra sənəd səsverməyə qoyularaq təsdiqlənib.