“Boeing” şirkəti 737 MAX təyyarələrinin istehsalını dayandırmağa qərar verib.

Gazeta.ru xəbər verir ki, bununla bağlı müvafiq bəyanat şirkətin rəsmi saytında yerləşdirilib.

Məlumata görə, şirkət yanvardan etibarən bu model təyyarələrin buraxılışını dayandırır.

Şirkət təyyarələrin istehsalının nə vaxt bərpa ediləcəyini açıqlamayıb.