Azərbaycanın 2023-cü il ərzində xarici ölkələrə bitki sağlamlığı ilə göndərdiyi bildirişlərin sayı məlum olub.

İqtisadiyyat.az "AZƏRTAC"a istinadən xəbər verir ki, ötən il Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aşkarlanmış müxtəlif uyğunsuzluqlarla bağlı İran, Belarus, Rusiya, Türkiyə, Ukrayna, Pakistan, Gürcüstan, Niderland, Xorvatiya, İspaniya və Lüksemburqa ümumilikdə 373 bildiriş göndərib. Bu bildirişlərin yarıya qədəri İranın payına düşür: 183. Növbəti yerlərdə Belarus (85) və Rusiya (43) gəlir.

İranla bağlı bildirişlərin yarıya qədəri (78) portağalda sitrus tristeza virusunun aşkarlanması ilə bağlı olub. Belarus və Rusiya ilə bağlı bildirişlər ən çox ərzaqlıq kartofla bağlıdır.

Ümumilikdə, ixracatçı ölkələrə göndərilən bildirişlər daha çox portağal, ərzaqlıq kartof, kivi və naringi ilə bağlı olub.