Hər səhər samovarları qaynadır, daha sonra bir-birindən dadlı və tərkibi müxtəlif olan çaylardan dəmləyir. Müştərilərin razı qalması üçün ən kiçik detallara belə böyük diqqətlə yanaşır...

Xezerxeber.az-ın məlumatına görə, söhbət 60 illik ömrünün 40 ilini çayçılığa həsr edən İsmayıl Dadaşovdan gedir.

İsmayıl dayı deyir ki, çayçılıq kənardan baxanda asan görünsə də, əslində, bu peşənin çoxlu sirləri var. Dadlı çay dəmləmək istəyənlər bəzi məqamlara xüsusi diqqət etməlidirlər.

İsmayıl dayı bütün növ çayları dəmləməkdə artıq ustalaşıb. O, hansı çayın nə qədər zamanda dəm almalı olduğunu illərin təcrübəsi ilə əzbər bilir.

İsmayıl dayı bildirir ki, onun çayını paytaxt sakinləri ilə yanaşı, xaricdən Azərbaycana gələn qonaqlar, hətta bir çox dövlət başçıları da dadıblar və çox bəyəniblər.

İsmayıl dayının işlədiyi yerə məhz onun dəmlədiyi çaydan içmək üçün gələn çoxsaylı müştərilər də var.

Qeyd edək ki, Rusiyanın məşhur kinerejissoru Mixail Şirvind də İsmayıl dayının hazırladığı çayı bəyəndiyi üçün onunla bağlı reportaj hazırlayıb və sosial şəbəkələrdəki hesabında paylaşaraq "Əsl Azərbaycan çayı belə olar" adı ilə paylaşıb.

 Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: