Bir neçə ölkədə artıq elektron siqaretlər qadağan edilib.

Ölkə.Az xəbər verir ki, ABŞ-ın San-Fransisko və Beverli-Hillz şəhərləri də bu qadağaya qoşulub. Sözügedən şəhərlər Birləşmiş Ştatlarda elektron siqaretlərə qadağa tətbiq edən ilk şəhərlər olub.

Amma elektron siqaret sənayesi üçün ABŞ böyük bazardır. Bu bazarda sənayenin satış həcmi hər il 25 faiz artır. Eyni zamanda “Juul” elektron siqaretlərinin satışı ilə məşğul olan şirkətin baş ofisi də San-Fransiskoda yerləşir. Qadağa əsasən siqaretin leqal olduğu ölkələrdə tətbiq edilir. Səbəblər isə müxtəlifdir.

Məsələn, Sinqapurda bildirilir ki, adi siqaret çəkmək köhnəlmiş adətdir. Qadağalarla bu adəti tərgitdirmək çətindir. Alternativ məhsillar isə yenidir və onları qadağan etmək mümkündür.