Növbəti tədris ili üçün Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsində SABAH qruplarına qəbul aparılmayacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, Hüquqşünaslıq fakültəsinin SABAH qruplarına qəbulun yalnız Qarabağ Universitetində aparılması nəzərdə tutulub.