Türkiyənin Bursa şəhərində bayram təbriki üstündə qətl hadisəsi törədilib.

“Hürriyet” xəbər verir ki, Qurban bayramının ilk günündə Burak və Muradxan adlı qardaşlar küçə ilə gedərkən küsülü olduqları köhnə tanışları Doğan S.lə qarşılaşıblar. Doğan qardaşlara “Niyə bayramımı təbrik etmirsiniz” deyərək bıçaqla hücum edib. Bu zaman Muradxan da Doğana bıçaqla hücum çəkib. Nəticədə hər 3 şəx bir-birini bıçaqlayıb.

Doğan aldığı zərbələrdən xəstəxanada dünyasını dəyişib. Yaralı qardaşlar isə həbs olunublar.(qafqazinfo)