Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində hər mərtəbəsi 750 m² olan dördmərtəbəli otel binasının ikinci mərtəbəsində sahəsi 9 m² olan saunanın yanar konstruksiyaları yanıb.

FHN-dən İqtisadiyyat.az-a verilən xəbərə görə, yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən 25 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından muhafizə olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

***

14:45

Bakının Səbail rayonunda hoteldə baş verən yanğın söndürülüb.

Bu barədə İqtisadiyyat.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail rayonunun Qəsr küçəsində qeydə alınan yanğını FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri qısa müddətdə söndürüblər.

***

14:30

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

İqtisadiyyat.az xəbər verir ki, hadisə Səbail rayonunun Qəsr küçəsində qeydə alınıb. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hazırda yanğınsöndürmə və digər zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.