Azərbaycan Dövlət Rekalm Agentliyi (ADRA) paytaxt ərazisində qanunsuz və icazəsiz reklam yerləşdirmə hallarına qarşı monitorinq aparıb.

İqtisadiyyat.az xəbər verir ki, monitorinq nəticəsində paytaxtın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsindəki "Qurd Qapısı - QƏBƏLƏ" restoranının qanunsuz reklam yerləşdirdiyi müəyyən olunub.

Belə ki, ADRA "Qurd Qapısı - QƏBƏLƏ" restoranının reklamını yol nişanına mane olduğuna görə söküb.

Agentlikdən bildirilib ki, açıq məkanda yerləşdirilən reklam qurğuları yol hərəkətinin təhlükəsizliyi tələblərinə cavab verməli, yol iştirakçıları üçün təhlükə yaratmamalı, sürücülərin yol şəraitini qiymətləndirməsinə mane olmamalı və çətinləşdirməməli, yol hərəkəti nişanlarına və yazılarına bənzəməməlidir.