“Bakı Texnika Sənaye” ASC ləğv edilir.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, şirkət səhmdarlarına müraciət edib.

Belə ki, dekabrın 1-də ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yığıncaqda cəmiyyətin ləğv edilməsi müzakirəsi olunacaq və ləğvetmə komissiyası yaradılacaq.

Xatırladaq ki, “Bakı Texnika Sənaye” ASC 2005-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 239 824 manatdır və qanuni təmsilçisi Nazim Qarayevdir.