Dövlət Statistika Komitəsindən  bildirilib ki, ötən il ərzində paytaxt əhalisinin sayı 14 940 nəfər və ya 0,7 faiz artıb.

Bununla da, şəhər əhalisinin sayı 2019-cu ilin yanvarın 1-də 2 277 500 nəfərə çatıb. 

Əhalinin 49,7 faizini kişilər, 50,3 faizini qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sayı 1064 nəfər olub.

Əhalinin təbii hərəkətinin əsas göstəriciləri

Nəfər əhalinin hər 1000 nəfərinə*)
2018 2017 artım (+), azalma (-) 2018 2017 2018-ci il 2017-cı ilə nisbətən, faizlə
Təbii artım 16605 17435 -830 7,3 7,8 93,6
doğulanlar 29722 30373 -651 13,1 13,5 97,0
ölənlər 13117 12938 179 5,8 5,7 101,8
Nikahlar 15056 15426 -370 6,6 6,8 97,1
Boşanmalar 4772 4906 -134 2,1 2,2 95,5