AzRe Təkrarsığorta Data analitik vəzifəsinə işçi axtarır.

Namizədə aid tələblər:

  • Ali təhsil: Riyaziyyat, İqtisadiyyat, Statistika, Biznesin idarə edilməsi, Komputer Elmləri və ya Kibernetika sahəsində bakalavr dərəcəsi.
  • Dil bilikləri: Azərbaycan (əla), İngilis (yaxşı/əla) və Rus (arzu olunan).
  • Kompüter bilikləri: MS Office proqramlarında (Excel yüksək səviyədə) işləmək bacarığı, Python/R və ya SQL proqramlaşdırma dillərində, Power BI və ya digər vizuallaşdırma vasitələri ilə iş təcrübəsi.
  • Verilənlərin analitikası, verilənlər bazaları, statistik modelləşdirmə üzrə biliklər.
  • Digər: Riyazi düşünmə, alqoritm qurma, məlumatların təhlili və komandada işləmək bacarığı.
  • Üstünlüklər: Sahə üzrə iş təcrübəsi, aktuar sahədə biliklər.

Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:

  • Statistik və analitik hesabatların hesabatların hazırlanması.
  • Məlumatların emalı, aktuar modellərin qurulması
  • Risklərin müəyyən edillərək idarə olunması prosesində iştirak.
  • Müvafiq araşdırma, tədqiqat, təhlil işlərinin aparılmasında iştirak.
  • Rəhbərlik tərəfindən tapşırılan digər vəzifələri həyata keçirmək. 

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır.
  • Könüllü tibbi sığorta.
  • İş qrafiki: bazar ertəsi – cümə, 09:00-dan 18:00-dək; şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.
  • Əmək haqqı: müsahibə əsasında müəyyən ediləcək.

Məlumatlandırıcı qeydlər:

Ünvan: Bakı şəhəri, Bakıxanov küçəsi, 6, Bridge Plaza

Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını (Data analitik) yazmaqla CV-ni  hr@azre.az elektron poçt ünvanına göndərsinlər.