Bu ilin yanvar-may aylarında Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsi 881 mln. ABŞ dolları və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,8 dəfə çox olub. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bunu Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev Berndə keçirilən Azərbaycan hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın qeyri-neft məhsullarının ixracında İsveçrə qabaqcıl yerlərdən birini tutur.

“2018-ci ildə İsveçrənin Cənubi Qafqaz üzrə ümumi dövriyyəsinin 52%-ni Azərbaycanla ticarət təşkil edib. Belə ki, ötən il Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsi 648 mln. dollar olub ki, bu da 2017-ci il ilə müqayisədə 2,7 dəfə çoxdur”, - deyə nazir qeyd edib.