Azərbaycan ötən il 2,1 milyard dollar dəyərində yeyinti məhsulları idxal edib.

Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Bu dövrdə ölkənin yeyinti məhsulları idxalına çəkdiyi xərc 2022-ci illə müqayisədə 8,5 % azalıb.

Əlavə edək ki, bu dövrdə yeyinti məhsulları idxalı Azərbaycanın ümumi idxalının 12,50 %-ni təşkil edib.

 

Gözəl Həşimova