Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstan Prezidentinin müşaviri Kanat Bozumbayev ilə görüşündə ticarət dövriyyəsinin artırılması, investisiyaların təşviqi və nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıb.

İqtisadiyyat.az xəbər verir ki, görüşdə vurğulanıb ki, hər iki ölkənin dövlət başçıları qarşılıqlı hörmət prinsiplərinə əsaslanan əlaqələrin müxtəlif istiqamətlər üzrə inkişafına xüsusi önəm verir.

İkitərəfli iqtisadi əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlər, imzalanmış sənədlər, keçirilən tədbirlər mühüm rol oynayır. Bununla yanaşı, ölkələrimiz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı çərçivəsində səmərəli əməkdaşlıq edir.

Azərbaycan-Qazaxıstan iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi xüsusilə önəm kəsb edir. İnvestisiya mühüm əməkdaşlıq istiqamətləri sırasında yer alır. Azərbaycanda aqrar, sənaye, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində 150-dən çox Qazaxıstan investisiyalı kommersiya qurumu fəaliyyət göstərir.

Tərəflər iqtisadi əlaqələrin inkişafı perspektivləri, ticarət dövriyyəsinin artırılması, investisiyaların təşviqi və nəqliyyat–tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

***

Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələrin gücləndirilməsi müzakirə edilib.

İqtisadiyyat.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstan Respublikası prezidentinin müşaviri Kanat Bozumbayev ilə görüşü barədə "X" sosial şəbəkəsindəki hesabında bildirib.

“Qazaxıstan Prezidentinin müşaviri Kanat Bozumbayev ilə ölkələrimiz arasında iqtisadi əlaqələrin gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması, investisiyaların təşviqi və nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi apardıq”, - deyə, nazir bildirib.