Yaponiya iqtisadiyyatı 2023-cü maliyyə ilinin dördüncü rübündə tələbatın zəifləməsi nəticəsində illik müqayisədə 2% azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkə hökumətinin dərc etdiyi məlumatda deyilir.

Göstəricinin azalmasının əsas səbəblərindən biri ölkədə fərdi istehlakın 0,7% azalması olub. Məlumata görə, iqtisadi azalma son 2 rübdə ilk dəfə baş verir.

Analitiklərin fikrincə, iqtisadiyyat iyunda başa çatacaq növbəti rübdə bərpa olunmağa başlayacaq.

 

Gözəl Həşimova