“ABB” ASC  Marketinq departamentinə VEB tərtibat və dəstək şöbəsinə UI/UX dizayner vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

 Görəcəyiniz işlər:

  • Tədqiqat əsaslı UI/UX interfeyslərin hazırlanması;                                                                                                                                                                                        
  • Veb saytların və interfeyslərin hazırlanması;                                                                                                                                                                                      
  • Veb sayt və interfeyslərin tam olaraq mobile versiyalara adaptasiyası;                                                                                                                                                                                   
  • UX problemlərinin aşkar edilməsi və aradan qaldırılması;                                                                                                                                                                                          
  • Müasir trendlərin izlənilməsi və tətbiqi;                                                                                                                                                                                             
  • HTML5 CSS3 üzrə biliklər arzuolunandır.                                                                                                                                                                 

Bizim üçün ideal namizəd:

  • Ali təhsilli;
  • Veb dizayn üzrə minimum 2 il təcrübəsinə sahib;
  • İngilis və rus dil biliklərinə malik (arzuolunandır);
  • Yüksək səviyyədə Figma, Sketch, Adobe Photoshop, Adobe Illustrator, Adobe XD proqramları ilə işləmək bacarığına sahib

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  24 may 2020-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “UI/UX dizayner (VEB tərtibat və dəstək şöbəsi)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az