NASA-nın Marsdakı həyat barədə apardığı işlər son illər sürətlənib. 2021-ci ilin fevral ayında Marsdakı Jezero kraterinə enməsi gözlənilən raketə milyonlarla insanın adı yazılıb. Digər tərəfdən isə dünyanın peyki olan Aydan dəhşətli görüntülər gəlib. Alimlər görüntü barədə iddialarını da səsləndiriblər.

“The Sun”-un verdiyi xəbərə görə, astronomiya mütəxəssisləri Ayın bir kraterində narıncı rəngdə bir abidə olduğunu bildiriblər. Mənbə, görüntülərin DSLR fotoaparatına əlavə olunmuş güclü teleskopla əldə olunduğunu ifadə edib.

İqtisadiyyat.Az xarici mediaya istinadən xəbər verir ki, görüntülərin William Bennett adlı biri tərəfindən çəkildiyi və abidənin olduqca böyük olduğu deyilir.

Astronomların sözlərinə görə, üstü qübbəli bu abidə, günəş işığını da əks etdirir. Çəkilişi paylaşan youtube kanalı “Thirdphaseoftmoon”, abidənin başqa varlıqlar tərəfindən tikildiyi iddiasını irəli sürüb. Bəzi mütəxəssislər isə qübbənin yalnız girişdən ibarət olduğunu, abidənin əsasa hissəsinin yerin altında olması fikrinə gəliblər.

Qeyd edək ki, “The Sun” ötən ilin oktyabr ayında ABŞ hava qüvvələrində xidmət edən Karl Wolfenin Ayın səthində olan abidələrə aid NASA-nın çox gizli fotolarını gördüyünü iddia etdikdən sonra, müəmmalı şəkildə velosiped qəzasında öldürülüb.