Londonun “İCE Futures” birjasında bugünkü hərracların əvvəlində təbii qazın yanvar fyüçersləri 7,5 faiz bahalaşaraq 1130 UDS/1000 kubmetr qiymətinə satılıb.

TTF onlayn qaz satışı mərkəzinin indeksləri hərracın əvvəlində 1100 dollar həddini keçib. Son iki saat ərzində qiymətlər 1105-1120 dollar arasında dəyişib.

Xatırladaq ki, TTF indekslərinin orta qiyməti oktyabr ayındakı 1100 dollarlıq rekorddan sonra noyabr ayında 950 dollaradək geriləyib.