Renault elektriklə işləyən və internet bağlantılı kiçik yük avtomobili EZ-FLEX-i nümayiş etdirib. Maşının 2 il Avropa ölkələrinə test məqsədilə satılacağı və ilk nümayişin Fransada, VİVA texnika sərgisində olacağı açıqlanıb.

İqtisadiyyat.Az xaric mediaya istinadən xəbər verir ki, Fransız istehsalçı Renault, bu avtomobil vasitəsilə şəhər nəqliyyatı üçün uyğun konspet hazırlayıb. Belə ki, EZ-FLEX adı verilən maşının uzunluğu 3.86 m,eni 1.65 m, hündürlüyü isə 1.88 m-dir. Elektriklə işlədiyi bildirilən avtomobilin tam dolu enerji ilə 100 km gedə biləcəyi qeyd olunur. İnternet bağlantısının olduğu kiçik yük avtomobilində, GPS, sürət və parklamalar kimi müxtəlif məlumatlar toplanacaq. Məlumatlar İnternet bağlantısı vasitəsi ilə bir araya gətiriləcək və real vaxtda və ya gündə bir dəfə yüklənəcəkdir. Sözügedən məlumatların mütəxəssislər ilə birlikdə təhlili, markanın mövcud şəhər logistik ehtiyaclarına uyğun dizaynını təmin edəcəkdir.