"Qarabağ" UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsində növbəti matçına çıxıb.
İqtisadiyyat.az xəbər verir ki, "atlılar" Finlandiyada HİK klubunun qonağı olub. "Bolt Arena"da keçirilən matç saat 20:00-da start götürüb. Matç Azərbaycan təmsilçisinin 1-2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Bakıda keçirilən qarşılaşmada Ağdam klubu 2-1 hesabı ilə qalib gəlmişdi.
Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunu
17 avqust
20:00 HİK (Finlandiya) - Qarabağ 1-2
İlk oyun - 1:2