Azərbaycanda uzun müddətdir fəaliyyət göstərən “MuğanBank” ASC tanınmış sığorta şirkəti ilə bağlı kommersiya məhkəməsinə müraciət edib.

“MuğanBank” məhkəməyə müraciət edərək, “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin maddi ziyanın ödənilməsi üzrə yaranmış mübahisənin həllinə çalışır.

Bakı Apelyasiya Məhkəməsində bu məsələyə Raqib Qurbanov hakim təyin edilib.

MUĞAN BANKIN MÖVQEYİ

“MuğanBank”ın hüquq üzrə məsul şəxsi bildirir ki, 2019-cu ildə nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə “Atəşgah Sığorta”da sığortalı müştəriyə məxsus nəqliyyat vasitəsi “MuğanBank” məxsus xüsusi təyinatlı “Volkswagen” markalı avtomobilə zərər vurub.  Xüsusi təyinatlı avtomobilə qəza nəticəsində zərər dəysə də, “Atəşgah” S.Ş. dəymiş maddi zərərin tam ödəməkdən imtina edib. Buna görə də bank rəsmi ekspertiza təyin etdirib. Ekspertiza rəyindən sonra məlum olub ki, “Atəşgah” banka dəymiş zərəri qarşılamaq üçün dəfələrlə aşağı, cüzi məbləğdə vəsait təklif edib.

ATƏŞGAH SIĞORTA-NIN MÖVQEYİ

İkinci tərəf olan “Atəşgah” Sığorta Şirkətinin də bununla bağlı mövqeyini öyrənməyə çalışdıq. “Atəşgah Sığorta”dan bu hadisənin baş verdiyini təstiqləyiblər. Sığorta şirkətindən deyiblər ki, qanunvericiliyə uyğun olaraq, Şirkət tərəfindən hadisə operativ şəkildə sənədləşdirilmiş və qarşı tərəfə dəyən zərər müvafiq şəkildə qiymətləndirilib.

“Lakin qarşı tərəf tərtib olunan qüsur aktı ilə razılaşmayaraq, avtomobilə dəymiş zərəri 10 130 manat dəyərində  qiymətləndirmiş və məhkəməyə müraciət etmişdir” – deyə, sığorta şirkətindən bildirilir.

Sığortaçı məbləğin bankın iddia etdiyindən az olmasın da yenə israrlıdır: “Müraciət əsasında məhkəmə tərəfindən təyin olunan ekspertiza nəticəsində isə qeyd olunan avtomaşına dəyən zərər 5 955 manat miqdarında qiymətləndirilmişdir. Hal-hazırda məsələ ilə bağlı müvafiq orqanlar tərəfindən müzakirələr aparılır”. Banker