Bu ilin oktyabr ayında "Android" əməliyyat sisteminin Azərbaycan bazarında payı sentyabr ayı ilə müqayisədə 1,2 faiz bəndi artıb.

İqtisadiyyat.az-ın "Global Stats" statistika mərkəzinə istinadən verdiyi məlumata görə, noyabr ayının 1-nə "Android"in ölkənin əməliyyat sistemi bazarında olan payı 48% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 8,7 faiz bəndi azdır.

Oktyabr ay ərzində "Microsoft Windows" əməliyyat sisteminin ölkə üzrə bazar payının həcmi 0,4 faiz bəndi artaraq noyabr ayının 1-nə 38,8% təşkil edib. Bu rəqəm ötən ilin eyni göstəricisindən 25,6 faiz bəndi çoxdur. "Microsoft"un proqram məhsulları Azərbaycanın əməliyyat sistemi bazarında ikinci yeri tutur.