Almaniyanın ən böyük, dünyanın iri banklarından biri sayılan “Deutsche Bank” Rusiyanın dövlət strukturları ilə əməkdaşlıq müqabilində onların rəhbərlərini övladlarını işə götürüb.

“The Washington Post” qəzetinin verdiyi məlumata görə, bununla bağlı ABŞ-ın Qiymətli kağızlar və birja üzrə komissiyası (Securities and Exchange Commission - SEC) xüsusi təhqiqat həyata keçirib.

Burada “Deutsche Bank”ın nümayəndəsi həqiqətən Rusiyanın iri məmurlarından birinin yaxın sayılan qadını tapşırıqla işə götürdüklərini etriaf edib.

“Qadın Londonda daimi əsasla işə qəbul edilib. Çünki bundan10 gün sonra həmin yeni əməkdaşın atası “Deutsche Bank”a 2 milyard dollarlıq dövlət istiqrazını verib”, deyə SEC sənədlərində bildirilir.

Federal Qiymətli kağızlar və birja komissiyası bankın 1977-ci ildə qəbul edilmiş “Xaricdə korrupsiya haqqında qanunun” müddəalarını pozaraq öz biznesini qurmaq üçün əcnəbi dövlətlərin iri rütbəli məmurlarının qohumlarını iş yerləri bəxş etdiyini göstərib. Keçən həftə “Deutsche Bank” komissiyanın irəli sürdüyü ittihamlarla bağlı olaraq 16 milyon dollar ödəməyə hazır olduğunu bildirsə də, hüquq pozuntusuna yol verdiyini qəbul etməyib.

“Digər bir halda Rusiyanın iri dövlət müəssisənin rəislərindən biri oğlunun “Deutsche Bank”ın London bölməsində çalışmasını istəyib. İki ay sonra bankın kadrlar şöbəsinin rəisi səriştəsiz “oğulbala”nın dərhal qovulmasını tələb edib. Belə ki, həmin adam ümumiyyətlə işə gəlmirmiş, imtahanları keçməyib və bank üçün əsl bəlaya çevrilib. Buna görə “oğul”u Moskva bölməsinə köçürməli olublar. Elə orada da həmin şəxs cəmi iki ay işdə qala bilib,”,-deyə SEC sənədlərində göstərilir.
Eyni problem Çin Kommunist partiyasının vəzifəli şəxslərinin qohumları ilə yaşanıb.

“ABŞ Konqresinin iki komitəsinin Rusiyanın çirkli pullarının yuyulması və prezident Donald Trampın maliyyə vəziyyətinin araşdırılması üzrə apardığı təhqiqat “Deutsche Bank”ın xarici dövlətlərlə əməkdaşlığı məsələsinə ciddi nəzər yetirir. Bank ABŞ Nümayəndələr palatasının iştirakı ilə keçirilən bütün təhqiqatlara yardım göstərəcəyini vəd edib”,-deyə “The Washington Post”un məqaləsində qeyd olunub.(musavat.com)