Avropada İtaliyadan sonra Almaniya və Fransa koronavirusa yoluxmuş şəxslərin sayına görə liderliyi saxlayırlar.

Robert Kox İnstitutunun statistikasına görə, Almaniya ərazisində cümə gününə 639 nəfər xəstələnib. Almaniyanın regionları arasında Şimali Reyn - Vestfaliya (329 nəfər) və Bavariyada (117 nəfər) virusa yoluxanların sayı daha çoxdur.

Bildirilir ki, Saksoniya-Anhalt AFR-nın epidemiyanın yayılmadığı yeganə regionu olaraq qalıb. Bununla yanaşı, Fransa hökuməti artıq 613 yoluxma hadisəsi barədə məlumat verir.