Almaniyanın “OWC Außenwirtschaft” jurnalında “Avropa-Çin konsorsiumu “Transxəzər” qaz kəmərini çəkmək istəyir” başlığı ilə dərc edilən məqalədə Türkmənistanla Azərbaycanı birləşdirəcək boru kəmərinin 300 kilometr uzunluğunda olacağı bildirilir.

AZƏRTAC xəbər verir ki, konsorsiumda Avropanın “Partnern Edison Technologies”, “MMEC Mannesmann”, “Air Liquide Global E&C Solutions” şirkətləri ilə yanaşı, Çinin “Sinopec Engineering Group” şirkətinin iştirak edəcəyi qeyd olunur. Adıçəkilən qaz kəmərinin çəkilməsi üçün qazma, qazın ilkin təmizlənməsi, kompressiya, eləcə də müvafiq infrastrukturun yaradılmasının tələb olunmasının bu sahədə təcrübəsi olan şirkətləri bir araya gətirdiyi vurğulanır.

Xəzər dənizindəki qaz ehtiyatlarının 2 trilyon kubmetr həcmində proqnoz edildiyi və Avropanın yeni qaz kəmərindən faydalanacağı diqqətə çatdırılır.